Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər Klubu“nun təşkilatçılığı ilə X Çağırış Kubokunun final oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə keçirilən X Çağırış Kuboku turniri Azərbaycan dilli hərəkatın ənənəvi turnirlərindəndir. Kubokun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Kubok çərçivəsində Gəncə və Bakı şəhərlərində seçim turları keçirilmiş, finala vəsiqə qazanan komandalar müəyyən edilib. Finala paytaxt Bakı ilə yanaşı Quba, Gəncə, Lənkəran, Goranboy, Mingəçevir, Şəki, Sabirabad, Sumqayıt təmsilçiləri də daxil olmaqla 31 komanda vəsiqə
qazanıb.
Turnirin finalı 30 noyabr – 01 dekabrda Bakıda təşkil edilib. Finalda təmsil olunan komandalar “Çağırış kuboku“ və “Regionlar Kuboku“ uğrunda mübarizə aparıblar. Turnirin ilk günü Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilən yarışlarda bu iki kubokun qalibləri müəyyənləşib.
Regionlar Kubokunu Şəki şəhərini təmsil edən “Marxal Resort“ komandası, 2-ci və 3-cü yeri isə müvafiq olaraq Sabirabad və Gəncəni təmsil edən eyniadlı komandalar qazandılar. Çağırış Kuboku turnirində isə “Kidderminister“ rəqibləri üçün əlçatmaz oldu. 2-ci yeri “Nəriman Vəliyevin komandası“, 3-cü yeri isə “Veni Vidi Vicious“ tutub.
Çağırış Kubokunun yekunlarına görə 8 komanda Xəmsə Milli İntellektual Oyunu üzrə yarışa vəsiqə qazandılar. Bu turnirdə isə “Maqnat“ komandası qalib adını qazandı. 2-ci və 3-cü yerin sahibi isə “Veni Vidi Vicious“ və “Gəncə“ komandaları olub.
Qaliblər kubok, medal və diplomlarla mükafatlandırılıblar.
 
Image may contain: 3 people, people sitting
Image may contain: 2 people, beard
Image may contain: one or more people, people sitting and table
Image may contain: 1 person, sitting
Image may contain: 4 people, people smiling, indoor
Image may contain: 3 people, people smiling, people sitting
Image may contain: 2 people, people sitting