Red Bull M.E.O. Clash Royale oyunu üzrə turnirdə iştirak edərək İspaniyada keçiriləcək dünya finalına qatıla bilərsiniz. 

Offsideplus.az xəbər verir ki, 14 və 15 dekabrda keçiriləcək turnirdə 18 yaşdan yuxarı hər kəs turnirdə edə bilər. 

Topaz və Azərbaycan Kiber İdman Federasiyasının tərəfdaşlığı ilə təşkil olunan yarışda iştirak üçün buradan qeydiyyatdan keçə bilərsiniz. 

Clash Royale mobil strategiya oyunudur. Turnir daxili oyunların formatı olimpiya sistemi üzərində qurulub, yəni, uduzan – çıxır. Final görüşünün qalibi isə, 3 oyunun nəticəsi ilə müəyyən olacaq. Oyunlar təkbətək keçirilir.