Azərbaycan Kiberidman Federasiyası noyabrın 26-28-də Hindistanın Banqalor şəhərində 5-ci Beynəlxalq Xidmət Sərgisi çərçivəsində keçiriləcək FIFA20 üzrə Millətlər Kubokunda iştirakla bağlı Hindistan Kiberidman Federasiyasından dəvət alıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycanı təmsil edəcək iştirakçıların ərizəsini təqdim etmək üçün son tarix 11 noyabrdır.

Dəvətin gec gəlməsinə  baxmayaraq, Federasiya baş sponsor Topazın dəstəyi ilə bu yarışa seçmə turu təşkil etmək və qeydiyyat elan etmək barədə qərar qəbul edib. İştirak üçün MÜTLƏQ şərt seçim günü xarici pasportun olmasıdır. Qalib aviabilet və yaşama xərcləri də daxil olmaqla yarışa vəsiqə qazanacaq.
Seçmə turniri “Ultimate team” istifadəsi olmadan PS4 platformasında keçiriləcək. Tam qaydalar təşkilatçılar tərəfindən təqdim olunacaq. Seçmə mərhələsində 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Seçmə oyunlar noyabrın 9-da saat 12:00 "Nizami" Kino Mərkəzinin (https://goo.gl/maps/fTt3ydNmFe86yFDs5) 5-ci mərtəbəsində keçiriləcək. Qeydiyyat 2019-cu il noyabrın 8 saat 23:59-dək davam edəcək.
İştirak etmək istəyənlər ərizəni bu linkdən https://bit.ly/2NN2nFb yükləyib Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərlər.