Noyabrın 10-da Monteneqronun Ultsin şəhərində start götürəcək şahmat üzrə Klublararası Avropa Kubokunda Azərbaycanı iki komanda təmsil edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib. Onun sözlərinə görə, bir həftəyədək davam edəcək yarışda "Odlar Yurdu"nun tərkibi yalnız qadınlardan ibarət olacaq. O, heyətdə Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatında bürünc medal qazanmış Azərbaycan yığmasının üzvlərinin də yer alacaqlarını bildirib.

Kişilərin mübarizəsinə isə yeni yaradılmış "Vüqar Həşimov" klubu qatılacaq.

Qeyd edək ki, əvvəllər "Odlar Yurdu" yalnız kişi şahmatçılardan ibarət olub.