Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.

Offsideplus.az-ın məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb. 

Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub. 

Kişilərdən ibarət yığma isə Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib. Komanda üzvlərindən qələbəni Rauf Məmmədovla Qədir Hüseynov 2-3-cü lövhələrdə əldə ediblər.  

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya - Azərbaycan - 1:3

Luka Leniç - Arkadi Naydiç - 0,5:0,5

Matey Sebenik - Rauf Məmmədov - 0:1

Yure Skoberne - Qədir Hüseynov - 0:1

Yan Sudel - Eltac Səfərli - 0,5:0,5

Azərbaycan - Ermənistan - 2,5:1,5

Günay Məmmədzadə - Lilit Mkrtçyan - 1:0

Xanım Balacayeva - Elina Danielyan - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan - 0,5:0,5

Gülnar Məmmədova - Anna Sarqsyan - 0,5:0,5 

Qeyd edək ki, Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb. Kişilərdən ibarət yığma isə üç dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb, 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medala layiq görülüb. 

 

 

 

****Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turu üçün heyətləri açıqlanıb.

Offsideplus.az-ın məlumatına görə, qadınların yarışında birinci lövhədə Günay Məmmədzadə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla, kişilərin mübarizəsində isə Arkadi Naydiç Sloveniya yığmasından Luka Leniçlə üz-üzə gələcək. Bu tur Şəhriyar Məmmədyarov və onun bacısı Türkan Məmmədyarova istirahət edəcək.

Qeyd edək ki, son tura Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya - Azərbaycan

Luka Leniç - Arkadi Naydiç

Matey Sebenik - Rauf Məmmədov

Yure Skoberne - Qədir Hüseynov

Yan Sudel - Eltac Səfərli

Azərbaycan - Ermənistan

Günay Məmmədzadə - Lilit Mkrtçyan

Xanım Balacayeva - Elina Danielyan

Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan

Gülnar Məmmədova - Anna Sarqsyan