Oktyabrın 23-dən noyabrın 3-dək Batumidə şahmat üzrə komandalararası Avropa çempionatı keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, kişilərin yarışında ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil edəcək. Komandamızın kapitanı Eltac Səfərli olacaq.

Qadınların mübarizəsində Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova birincilik uğrunda yarışacaq.

İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.(allsport.az)