Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dortmundda (Almaniya) keçirilən Superturnirdə növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, beşinci turda onun rəqibi qara fiqurlarla oynayan rusiylı qrosmeyster Yan Nepomnyaşi olub.

Partiya 33-cü gedişdən sonra başa çatıb.

Həmçinin V turun digər qarşılaşmaları da heç-heçə yekunlaşıb. Hazırda beş turdan sonra turnir cədvəlinə 3,5 xal ilə amerikalı Lenyer Dominqes başçılıq edir. Rəcəbov, Rapport və Voytaşek hərəyə 3 xal ilə növbəti yerləri bölüşürlər. Nepomnyaşi, Nisipyanu və Fridmanın 2, Külaotsun isə 1,5 xalı var. Turnir iyulun 21-də başa çatacaq.