İspaniyada keçirilən beynəlxalq turnirdə azərbaycanlı şahmatçı növbəti qələbəyə imza atıb.

Offsideplus.az xəbər verir ki, qrossmeysterimiz Azər Mirzəyev üçüncü turda ispaniyalı rəqibi Pedro Torres Maessonu məğlub edib. Üç turdan maksimum xal yığan təmsilçimiz turnir cədvəlində beşinci pillədədir. Onunla eyni xal yığan rusiyalı şahmatçı Vadim Moiseenko əlavə göstəricilərə görə ilk pillədə qərarlaşıb.

Dördüncü turda şahmatçımız rusiyalı idmançı Yevgeni Qleizerovla mübarizə aparacaq.

İsveçrə üsulu ilə keçirilən turnir aprelin 20-də başa çatacaq.