Offside.com.az xəbər verir ki, bu sözləri “Atletiko”nun futbvolçusu Filipe Luis deyib. Madrid klubu Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakıda “Qarabağ”ın qonağı olub. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Matçdan sonra açıqlama verən müdafiəçis fikirlərini bildirib: “Bizim qarşımıza qoyduğumuz hədəflərimiz var. Amma həmişə “Qarabağ”a qarşı oynadığımız kimi oynasaq, heç nə edə bilmərik. Bakıdan 1 xalla ayrılmaq bizim üçün çox pis nəticədi və bu oyunu analiz etmək üçün vaxtımız çox azdı”.

Luis “Atletiko”nun zəif çıxış etməsinin səbəbin i belə izah edib: “Biz keçən mövsümkü heyətimizlə mübarizə aparırıq. Amma niyə belə zəif çıxış edirik? Bu sualın cavabını axtarmalıyıq və yxşı nəticə çıxarmalıyıq”.