Offside.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandada həm cəzalı, həm də zədəli futbolçular var.

Ötən tur “Zirə”yə qarşı matçda sarı vərəqə limitini dolduran Şəhriyar Əliyev cəzalı duruma düşüb. Bu səbəbdən müdafiəçi derbidə iştirak edə bilməyəcək.

“Sarı-göylər”in 2 futbolçusu isə zədəlidir. İlkin Sadıqov və Samba Diallo məşqlərdən kənarda qalıb. Onların qarşıdakı oyunda meydana çıxacağı gözlənilmir. Zədədən qayıdan Əli Səmədov fərdi halda məşqlərə başlasa da, hazırlığı istənilən səviyyədə deyil. Tural Rzayev ilə Azad Kərimovun durumu isə yaxşıdır. Kərimov dünəndən məşqlərdə iştirak edirsə, Rzayev bu gün komandaya qoşulacaq.