Paytaxt klubunun avtobusunun üzərində uzun müddətdir ki, “Keşlə”nin loqosu və adı həkk olunsa da , stadionda “İnter” adı və loqosu mövcud idi. Artıq “İnter Arena”da da dəyişikliklər edilib.

Artıq “bankirlər”in rəsmi “İnstagram” səhifəsində və stadionunda da “Keşlə” sözünə rast gəlmək mümkündü. Belə ki, komandanın sosial şəbəkədəki hesabı “Keshlafc”-ya dəyişdirilib. Ümumiyyətlə, stadionda da bütün “İnter” sözləri “Keşlə” ilə əvəz edilib.