Offside.com.az xəbər verir ki, bu barədə Qol.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Federasiya rəsmisi xorvatiyalı mütəxəssisin şənbə günü paytaxtımızda olacağını bildirib: “Prosineçki hələ Bakıya gəlməyib. Sabah gəlməlidir. Əslində bileti oktyabrın 18-nə almışdı. Sadəcə, AFFA rəhbərliyi ilə görüşü gələn həftə olacaq. Görünür, buna görə səfər vaxtını dəyişib. Dünən mən özüm A millinin departamenti ilə danışdım. Dedilər ki, Prosineçki biletin vaxtını şənbə gününə dəyişib”.

Xatırladaq ki, 2 gün öncə AFFA-dan saytımıza verilən məlumatda Prosineçkinin oktyabrın 18-də Bakıya gələcəyi və rəhbərliyə hesabat verəcəyi bildirilmişdi.