Millinin sabiq üzvü heyətin əvvəlki kimi güclü olmadığını bildirib: “Dünya çempinatına getməsək, bunu faciəyə çevirmək doğru olmaz. Şəxsən mən buna təəccüblənmərəm. Almaniyanın AÇ-2000-də qrupda qaldığı anı xatırlayıram. Bu məyusluq yaratdı, amma dəyişikliyə də yol açdı. Almaniya futbolu ondan sonra yüksəlişə keçdi. İtaliya millisi oyunlarda nəticəyə önəm verir, ancaq keyfiyyət çatışmazlığı var. Bizim vaxtımızda mənim mövqeyimdə 7-8 alternativ var idi”.

Qeyd edək ki, İtaliya millisi DÇ-2018-in final mərhələsinə vəsiqə uğrunda İsçevlə pley-off matçlarında üz-üzə gələcək.

apasport.az