Offside.com.az xəbər verir ki, bu sözləri Qol.az saytına açıqlamasında “Kəpəz”in fan-klublarla iş üzrə əlaqələndiricisi Elmar Əliyev deyib.

Premyer Liqanın IX turunda Gəncə təmsilçisi “Neftçi” ilə qarşılaşacaq. “Kəpəz” təxminən 6 aylıq fasilədən sonra rəqibini məhz doğma Gəncədə qəbul edəcək. E.Əliyevin sözlərinə görə, komandanın bu mövsüm Gəncədəm keçirəcəyi ilk oyuna maraq çox böyükdür:

“Stadiona ən azı 18 min azarkeşin gələcəyini gözləmək olar. Çünki hamı futbol üçün darıxıb. Hətta oyuna girişin pullu olması belə stadionun dolmasına mane ola bilməz. Bizdə çox vaxt stadiona giriş biletlə olub. Hətta sabahkı oyunda xanım azarkeşlər də olacaq. Komandanın bugünkü məşqini minə yaxın azarkeş izləyəcək. Onu da deyim ki, sabah azarkeşləri sürpriz gözləyir”.

Sonda o, “Neftçi”ylə oyun haqda fikirlərini açıqlayıb: “Kəpəz”in ev oyunlarını doğma meydanda keçirməsi komandanın turnir cədvəlindəki mövqeyinə də təsir edəcək. “Neftçi” ilə oyunlarımız hər zaman prinsipiallığı ilə seçilir. Bu komandaya uduzanda həmişə pis oluruq. Sabahkı oyunda “Neftçi”ni məyus yola salacağıq”.

Xatırladaq ki, “Kəpəz” – “Neftçi” matçı oktyabrın 21-i, saat 15.00-da başlanacaq.