"Everton" Cenk Tosundan imtina edir

"Beşiktaş"ın hücumçusu Cenk Tosunun "Everton"a transferi sual altına düşüb.

Offsideplus.az xəbər verir ki, buna türk klubunun futbolçunun qiymətini qaldırması səbəb olub. Tərəflər əvvəlcə 25 milyon funt-sterlinqdə razılığa gəliblər. Ancaq sonradan "Beşiktaş" rəhbərliyinin qiyməti 2 milyon artırması qarşı tərəfin xoşuna gəlməyib. Son məlumatlara görə, məhz bu səbəbdən transfer gerçəkləşməyə bilər.

Qeyd edək ki, "Everton" rəsmiləri C. Tosunun keçidini rəsmiləşdirmək üçün İstanbulda "Beşiktaş" rəhbərliyi ilə danışıqlar aparırdılar.

OXŞAR MƏQALƏLƏR

reklam

Sorğu

Çempionlar Liqasının qalibi hansı klub olacaq?
© 2018 Offsideplus.az. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design