Araz Abdullayev milliyə çağırılmayacaq

Kiprin "Anortosis" klubunun futbolçusu Araz Abdullayev Azərbaycan millisinin qarşıdakı təlim-məşq toplanışlarına dəvət almayacaq.

Offsideplus.az azerisport.com-a istinadən xəbər verir kim, buna səbəb Arazın komandasında son vaxtlar yaxşı oyun nümayiş etdirməsidir. Bu səbəbdən Qurban Qurbanov Arazı yoxlama oyunları üçün heyətə daxil etməyəcək. Milli komandamız yanvarın 25-indən fevralın 2-sinə kimi Antalyada toplanışda olacaq. Yanvarın 31-ində isə "Anortosis" daxili çempionatda "Pafos"a qarşı növbəti oyununu keçirməlidir.

Bundan əlavə Dmitri Nazarovun çıxış etdiyi "Aue" komandası Bundesliqa 2-də "Nurnberq" və "Braunşviq"ə qarşı həmin vaxtda 2 oyun keçirəcəyindən Nazarov da milliyə çağırılmayacaq.


OXŞAR MƏQALƏLƏR

reklam

Sorğu

Çempionlar Liqasının qalibi hansı klub olacaq?
© 2018 Offsideplus.az. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design