Qurban Qurbanov hirsləndi və iclas təyin etdi!

Premyer-Liqanın ikinci yarısına hazırlıqlarını davam etdirmək üçün bu gün Antalyaya gələn “Qarabağ”ın düşərgəsində maraqlı bir hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Türkiyəyə gələn ilk gündəcə iclas təyin edib. Ancaq bu iclas növbədənkənar, yəni bilavasitə futbolla bağlı deyil.

Məlumata görə, Qurbanov son zamanlar yayılan transfer dedi-qodularından narazıdı. Xüsusilə də, Mahir Mədətovun Almaniya klublarında təklif alması haqda xəbərlər məşqçini özündən çıxarıb. Mənbə qeyd edir ki, gənc hücumçunun belə reklam olunmasına etiraz edən Qurban Qurbanov, iclas keçirərək necə deyərlər, “məsələyə əl qoyacaq”. Baş məşqçi futbolçulara ciddi xəbərdarlıq edəcək və onlara “başınızı aşağı salıb futbolunuza köklənin, bu işlərin başını buraxın” mesajını verəcək.

rekord.az

Təqlər: ,
OXŞAR MƏQALƏLƏR

reklam

Sorğu

Çempionlar Liqasının qalibi hansı klub olacaq?
© 2018 Offsideplus.az. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design