Qurbanov, Qriqorçuk, Abbasov neçəncidir ? - reytinq

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan üç məşqçi - Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb.

Onlardan ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. 45 yaşlı mütəxəssis 1169 xalla 482-ci pillədə qərarlaşıb. R.Qriqorçuk 252 xalla 949-cu, A. Abbasov 217 xalla 999-cudur.

Qeyd edək ki, reytinq siyahısına "Real"ın çalışdırıcısı Zinəddin Zidan (17 min 696 xal) başçılıq edir. Renato Qauşo ("Qremio") 13 min 274 xalla 2-ci, Dieqo Simeone 12 min 795 xalla 3-cü pillədə qərarlaşıb.

qol.az

Təqlər:
OXŞAR MƏQALƏLƏR

reklam

Sorğu

Çempionlar Liqasının qalibi hansı klub olacaq?
© 2018 Offsideplus.az. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design